Tesla raket mühərrikli “Roadster”i  təqdim etməyə hazırlaşır
15 avqust 2026 01:11 (UTC +04:00)

Tesla raket mühərrikli “Roadster”i təqdim etməyə hazırlaşır

0

Tesla şirkəti çoxdan gözlənilən yeni nəsil “Roadster” elektrik idman avtomobilini bu ay təqdim etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, şirkət avtomobili ilk dəfə təxminən 10 il əvvəl nümayiş etdirmişdi, lakin modelin satışa çıxarılması dəfələrlə təxirə salınıb.

Məlumata görə, təqdimat zamanı “Roadster”in “SpaceX” ilə birlikdə hazırlanmış xüsusi versiyasının nümayişi də keçirilə bilər. Bu versiya avtomobilin qısa müddətə yerdən qalxmasına imkan verən “soyuq qaz” mühərrikləri ilə təchiz ediləcək.

Sınağın “SpaceX”in Texas ştatının Makqreqor şəhərindəki obyektində keçirilməsi planlaşdırılır.

Raket mühərriklərinin yaratdığı güclü səs və təzyiq səbəbindən nümayiş zamanı avtomobilin uzaqdan idarə olunacağı və onun daxilində sürücünün olmayacağı bildirilir. Tamaşaçıların da avtomobildən bir neçə yüz metr aralıda saxlanılması gözlənilir.

Xüsusi “SpaceX” versiyasının adi yollarda istifadəyə icazə verilən avtomobil olmayacağı və qiymətinin yüz minlərlə, hətta milyonlarla dollar ola biləcəyi bildirilir. Tesla isə hələlik təqdimatla bağlı rəsmi açıqlama verməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar