Məməlilər 236 milyon il əvvəl  diri bala doğublarmış
15 avqust 2026 04:26 (UTC +04:00)

Məməlilər 236 milyon il əvvəl diri bala doğublarmış

0

Alimlər Argentinada tapılan 236 milyon illik qalığı araşdıraraq məməlilərin əcdadlarından birinin diri bala doğduğuna dair ilk sübutları əldə ediblər.

Lent.az xəbər verir ki, söhbət “Chiniquodon theotonicus” adlı, təxminən it boyda ətyeyən heyvandan gedir.

Qalığın sümüyündə doğuşdan sonra böyümənin sürətləndiyini göstərən xüsusi iz aşkarlanıb. Heyvanın doğulduğu vaxt çəkisinin təxminən 1,7 kq, yetkinlikdə isə 12 kq olduğu hesablanıb.

Bu göstəricilər müasir məməlilərdə diri doğulan balaların ölçülərinə daha çox uyğun gəlir.

Bununla belə, alimlər nəticəni təsdiqləmək üçün daha çox qalığa ehtiyac olduğunu bildirirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 78

Oxşar yazılar