Qoca kişi yataq xəstəsi  olan arvadını öldürdü
15 avqust 2026 14:40 (UTC +04:00)

Qoca kişi yataq xəstəsi olan arvadını öldürdü

0

Türkiyədə qoca kişi yataq xəstəsi olan 68 yaşlı arvadı A. C-ni bıçaqlayaraq öldürüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Mardin bölgəsinin Nusaybin rayonunda qeydə alınıb.

S.C. ilə yataq xəstəsi olan həyat yoldaşı A.C arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonra kişi həyat yoldaşına bıçaqla hücum edib.

Çağırışla gələn həkimlərin ilkin müayinəsi zamanı A.C-nin öldüyü müəyyən edilib.

Hadisədən sonra şübhəli S.C. polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar