Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı minik maşını ilə "Hyundai" markalı minik maşını toqquşub.
Nəticədə 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.