Həbs qərarını eşidib məhkəmə zalından qaçdı  – Hələ də tapılmır
15 avqust 2026 14:57 (UTC +04:00)

Həbs qərarını eşidib məhkəmə zalından qaçdı – Hələ də tapılmır

0

Ermənistanda təqsirləndirilən şəxs məhkəmə binasından qaçıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İrəvanın Nor Nork inzibati rayonunda qeydə alınıb.

Məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyini eşitdikdən dərhal sonra məhkəmə zalından qaçıb.

Qaçışın hansı şəraitdə baş verdiyi açıqlanmayıb.

Hazırda polis əməkdaşları onun yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar