Mən Dövlət Departamentinə ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verdim.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Onun sözlərinə görə, artıq binanın inşası üçün müvafiq işlərin görülməsinə başlanılıb.
"Yeni səfirliyin qurulması sülhə gözəl töhfə verəcək", deyə D.Tramp bildirib.
Bundan əvvəl İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bəyanat yayaraq bildirib ki, quruma üzv 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək ölkə ilə əlaqələri tam kəsməli olacaq. “Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək”, təşkilatın yaydığı açıqlamada bildirilib.