[b]Saakaşvili Gürcüstanda seçkilərə qatılır[/b]
25 aprel 2016 15:39 (UTC +04:00)

[b]Saakaşvili Gürcüstanda seçkilərə qatılır[/b]

Mixeil Saakaşvili parlament seçkilərindən sonra Gürcüstana qayıtmaq niyyətindədir. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Odessa vilayətinin qubernatoru, sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili əmindir ki, onun "Vahid milli hərəkat" partiyasından olan komandası bu ilin payızında keçiriləcək parlament seçkilərində qalib gələcək. Bundan sonra o, vətənə qayıtmaq niyyətindədir.

 

"Burada iki qüvvə var: biri Bidzina İvanişvili ilə, ikinci isə mənimlə bağlıdır. Üçüncü qüvvədən söhbət belə getmir. Qalan hər şey imitasiyadır", - deyə sabiq prezident "Rustavi 2" telekanalının efirində bildirib.

 

Saakaşvilinin sözlərinə görə, o, seçkilərdən sonra vətənə qayıtmaq niyyətindədir, amma "Ukraynada missiyasını" atmayacaq. "Gürcüstan və ya Ukrayna deyə bir seçim yoxdur, yalnız bir seçim var - vahid yaxşı gələcək", - deyə o bildirib.

 

"Vahid milli hərəkat" partiyası Gürcüstanda doqquz il fəaliyyət göstərib. 2012-ci il seçkilərindən sonra isə hakimiyyətə "Gürcü arzusu" koalisiyası gəlib. Onun rəhbəri milyarder Bidzina İvanişvilidir.

 

İvanişvili koalisiyanın qələbəsindən sonra bir müddət baş nazir postunu da tutub. Lakin müxalifət iddia edir ki, hətta o, siyasətdən gedəndən sonra da ölkəni dolayı yola idarə edib.

 

Mixeil Saakaşvili - Gürcü siyasətçi və 2004-2013-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub. O, 2013-ci ilin noyabrında Georgi Marqvelaşvili ölkənin yeni prezidenti vəzifəsinə gələndən dərhal sonra vətəni tərk edib.

 

Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixeil Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.

 

Gürcüstanın baş prokurorluğu eks-prezidenti bir neçə cinayət işi üzrə, o cümlədən təxminən beş milyon dollar dövlət vəsaitini şəxsi ehtiyaclarına xərcləməkdə ittiham edib. Ötən ilin dekabrında Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar