[b]Rusiyalı deputatlar Paşinyanla görüşəcək[/b]
29 aprel 2018 07:31 (UTC +04:00)

[b]Rusiyalı deputatlar Paşinyanla görüşəcək[/b]

 

 

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatları bu gün Ermənistandakı etiraz aksiyaların lideri Nikol Paşinyanla görüşəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.  

 

“Nikol Paşinyan məndən görüşməyi xahiş... Mənə zəng edib dedilər ki, Paşinyan aprelin 29-da parlamentdə görüşməyi xahiş edir”, - deyə Leonid Kalaşnikov bildirib.   

 

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti ötən gün Ermənistan parlamentinin bütün fraksiyaları görüşlər keçiriblər.  

 

Qeyd edək ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar