ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Ağ Evdə keçirilən andiçmə mərasimindən sonra rəsmən vəzifəsinin icrasına başlayıb.
APA-nın məlumatına görə, aprelin 27-də ABŞ Senatı M.Pompeonu dövlət katibi postuna təsdiqləyib.
Beləliklə, Mayk Pompeo ABŞ-ın 70-ci dövlət katibi olub. O, bu vəzifədə Reks Tillersonu əvəzləyib.
Qeyd edək ki, 55 yaşlı Mayk Pompeo bundan әvvәl Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub.