[b]Konqres Trampla Rusiya arasında əlaqə tapmadı[/b]
27 aprel 2018 20:32 (UTC +04:00)

[b]Konqres Trampla Rusiya arasında əlaqə tapmadı[/b]

0

ABŞ Konqresi Nümayəndələr Palatasının kəşfiyyat üzrə Komitəsi prezident Donald Trampın Rusiya ilə sövdələşməsinin sübutunu tapmayıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

 

Eyni zamanda sənəddə Rusiyanın on illərlə Qərbə qarşı təcavüzkar informasiya müharibəsi aparan ölkə kimi təqdim edilib. ABŞ Demokrat Partiyası komitənin rəyini mənfi qəbul edib.

 

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 591

Oxşar yazılar