[b]İstanbul aeroportu bağlandı[/b]
29 iyun 2016 02:16 (UTC +04:00)

[b]İstanbul aeroportu bağlandı[/b]

0

 İstanbulun "Atatürk" hava limanında törədilən terror aktı ilə əlaqədar aeroport bu gün səhər saat  08.00-dək bağlı olacaq.

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, sərnişinlər hava limanından təxliyə edilib.

 

Qeyd olunan vaxtadək təyyarələrin hava limanına uçuşuna və enişinə icazə verilməyəcək.

 

Son məlumata görə,  İstanbulun "Atatürk" hava limanında silsilə partlayışlar nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

 

Terrorun 3 canlı bomba tərəfindən törədildiyi bildirilir. Onlardan ikisi aeroportun xarici uçuşlar terminalında, 3-sü isə aeroport önündəki metro stansiyasının girişində özünü partladıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar