[b]İŞİD ziyarətgaha hücum etdi: 35 ölü, 60 yaralı[/b]
08 iyul 2016 06:32 (UTC +04:00)

[b]İŞİD ziyarətgaha hücum etdi: 35 ölü, 60 yaralı[/b]

 İraqın Balad şəhərində silsilə partlayışlar və atışma nəticəsində 35 nəfər ölüb, azı 60 nəfər yaralanıb.

 

APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, Balad şəhərində yerləşən ziyarətgah ötən gecə terror hücumuna məruz qalıb. Terrorçu-kamikadzelərdən biri ziyarətgahın girişində, müqəddəs məkanı qoruyan polislərin qarşısında özünü partladıb. Doqquz silahlı ilə müşayiət olunan ikinci terrorçu-kamikadze ziyarətgaha daxil ola bilib. Bundan başqa, türbənin ərazisi raket zərbələrinə məruz qalıb.

 

Azı bir terrorçu-kamikadzenin məhv edildiyi bildirilir.

 

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar