<b>İrəvanda ara qarışmağa başladı</b>
22 aprel 2016 02:37 (UTC +04:00)

İrəvanda ara qarışmağa başladı

Aprelin 21-də axşam saatlarında İrəvanda etiraz aksiyası keçirilib. APA-nın  NEWS.am-a istinadən verdiyi xəbərə görə, Ermənistanın mərkəzi küçələrinin birində başlayan yürüş XİN binasınadək davam edib. XİN binasının qarşısında yürüş iştirakçıları və polis qüvvələri arasında qarşıdurma baş verib.

 

Aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hərbi əməliyyatlar zamanı ölən erməni hərbçilərinin portretlərini əllərində tutan aksiya iştirakçıları “Azad Ermənistan” şüarı səsləndiriblər.

 

Müxalifət liderlərindən biri olan Stepan Safaryan Rusiyadan Dağlıq Qarabağdakı erməni separatçı rejimini tanımağı tələb edib: “Lavrovun mətbuat katibi XİN rəhbərinin Ermənistana əliboş gəlmədiyini bildirib. Biz Lavrovun cibində nə gətirdiyini  bilmək istəyirik”, - deyə Safaryan bildirib.   

 

Etirazçılar və polis arasında toqquşma baş verdiyi bildirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar