[b]Fransa və Almaniyada 46 nəfəri ildırım vurdu[/b]
29 may 2016 01:15 (UTC +04:00)

[b]Fransa və Almaniyada 46 nəfəri ildırım vurdu[/b]

0

Almaniyanın Hopştedten şəhərində uşaqlar arasında matç zamanı ildırımın futbol meydançasına düşməsi nəticəsində 35 nəfər xəsarət alıb.  APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, daha 11 nəfər isə ildırımın Parisin Monso parkına düşməsi nəticəsində xəsarət alıb.

 

Şahidlərin sözlərinə görə, Almaniyada ildırım vurması nəticəsində matçın hakimi daxil olmaqla, 3 nəfər ciddi xəsarət alıb. Xəsarət alanlardan 11-i uşaq, ikisi valideyndir.  

 

Parisdəki hadisə nəticəsində isə xəsarət alanlardan üçü komaya düşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar