[b]Elman Abdullayevdən Afrika ölkələrinə Ermənistanın cəzalandırılmasına dair çağırış [/b]
19 aprel 2016 22:43 (UTC +04:00)

[b]Elman Abdullayevdən Afrika ölkələrinə Ermənistanın cəzalandırılmasına dair çağırış [/b]

Azərbaycanın Efiopiyadakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının üzv ölkələrinə müraciət ünvanlayıb.

 

Azərbaycanın Efiopiyadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə,  Efiopiyanın böyük oxucu kütləsinə malik olan “The Reporter” qəzetinə müsahibə verən səfir Elman Abdullayev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini pisləyən və eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana təsir göstərilməsi üçün Afrika İttifaqının üzv ölkələrinə BMT-yə çağırış etməsi üçün müraciət edib.

 

Səfir E.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti, o cümlədən Afrika ölkələri tərəfindən tanındığını qeyd edərək, beynəlxalq hüquqa hörmət etməyən Ermənistanın cəzalandırılması zəruriliyini vurğulayıb.  

 

Daha sonra səfir E.Abdullayev Azərbaycanla Efiopiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı perspektivlərini şərh edib. Səfir E.Abdullayev həmçinin Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olduğunu qeyd edib və ölkəmizin regionda həyata keçirilən bütün irimiqyaslı  layihələrin reallaşdırılmasında aparıcı rol oynadığını oxucuların diqqətinə çatdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar