[b]Dairələrin yarısında səslər hesablanıb: Brexit tərəfdarları liderdir[/b]
24 iyun 2016 06:56 (UTC +04:00)

[b]Dairələrin yarısında səslər hesablanıb: Brexit tərəfdarları liderdir[/b]

0

Dairələrin ümumi sayının yarısı üzrə referendumun nəticələrinə əsasən, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının (Brexit) tərəfdarları irəlidədirlər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 328 dairədən 175 dairə üzrə referendumun nəticələrinə əsasən, Britaniyanın Aİ-dən çıxmasını seçicilərin  51,3 faizi dəstəkləyib. Aİ ilə vahidlik tərəfdarları isə səslərin 48,7 faizini toplaya biliblər.

 

Qeyd edək ki, Şeffild, Blekpul, Qosport, Milton Kins,  Suindon və Sanderlend şəhərlərinin sakinləri Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər.

 

Səslərin hesablanması prosesi davam edir. Aparılmış sorğular Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının tərəfdarlarının çoxluq təşkil etdiyini göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar