[b]Azərbaycan sərhədi yaxınlığında 11 İŞİD-çi məhv edildi[/b]
26 aprel 2018 22:57 (UTC +04:00)

[b]Azərbaycan sərhədi yaxınlığında 11 İŞİD-çi məhv edildi[/b]

0

 

 

Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.   

 

Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.   

 

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv ediliblər. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar