<b>Azərbaycanlı Çeçenistanın səhiyyə naziri oldu </b> - YENİLƏNİB
28 aprel 2016 23:58 (UTC +04:00)

Azərbaycanlı Çeçenistanın səhiyyə naziri oldu - YENİLƏNİB

Rusiyanın Çeçenistan Respublikasının səhiyyə naziri azərbaycanlı Elxan Süleymanov təyin olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz "İnstagram" səhifəsində yazıb.

 

O, Respublika Onkologiya Dispanserinin baş həkimi vəzifəsində çalışan Elxan Süleymanovu Çeçenistanın səhiyyə naziri təyin etdiyini bildirib.

 

Qeyd edək ki, Elxan Süleymanov Azərbaycan Tibbi Universitetini fərqlənmə diplomu ilə bitirib.

Bir müddət Bakıdakı Onkoloji Tibbi Mərkəzdə işləyib. Moskva N.N. Bloxin adına Rusiya Onkoloji Mərkəzinin bazasında aspiranturanı bitirən E. Sülymanov tibb elmləri namizədi elmi adına yiyələnib. ABŞ və Almaniyada təcrübə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar