Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 05:32-də qeydə alınan yeraltı təkanların episentri Ankaradan 145 km şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.
Eyni ərazidə 2 dəqiqə əvvəl 3,8 maqnitudalı təkan qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.