Amerika Birləşmiş Ştatlarının şimal-şərqində tüğyan edən güclü qar fırtınası səbəbindən yüzlərlə təyyarə reysi təxirə salınıb.
Sinoptiklər dekabrın 15-də ölkənin şimal-şərqində və Orta Qərb bölgəsində 35 santimetrədək qar yağacağını proqnozlaşdırırlar. Bu səbəbdən aviaşirkətlər təyyarə reyslərini təxirə salmağa başlayıb. Hazırda minədək təyyarə reysi təxirə salınıb. Təbii fəlakətdən ən çox Nyu-Cersi və İllinoys ştatlarının zərər çəkdiyi bildirilir.
Meteoroloqlar hava şəraitin daha da pisləşəcəyini proqnozlaşdırırlar.