Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi Moskvdan siyasi sığınacaq istəməsi haqda yayılan xəbərlərə münasibət bildirib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, mətbuat katibi deyib: «Bu şayiədir. Partizançılığın informasiya savaşıdır».
Xatırladaq ki, Yanukoviçin Putindən sığınacaq istəməsi haqda internetdə xəbərlər yayılmışdı.