«WikiLeaks»-in qurucusu Culian Assanj hələ də Ekvadorun Londondakı səfirliyinin binasında yaşayır.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, səfirliyin binası qarşısında ingilis polisi gecə-gündüz keşik çəkir.
Hesablamalara əsasən, polisin orada növbətçiliyi Britaniyaya 2, 9 milyon funt sterlinq (4,5 milyon dollara) başa gəlir.
C.Assanj İsveçdə 2010-cu ildə törətdilmiş cinsi zorakılıqda şübhəli bilinir. Keçən il iyunun ortalarından 41 yaşlı C.Assanj səfirliyə sığınıb. Britaniya hakimiyyəti Ekvadordan onun təhvil verilməsini tələb edir.
Ekvadorun xarici işlər naziri Rikkardo Pinto bildirib ki, Asanj on illərlə səfirlikdə yaşaya bilər.