Türkiyə ilə İran arasında təbii qazın qiymətinin ucuzlaşmasına dair mübahisə həll olunmayıb. Rəsmi Ankara Tehranı beynəlxalq məhkəməyə müraciət edib.
Lent.az-ın Türkiyə NTV-inə istinadən məlumatına görə, İran Milli qaz şirkətinin baş direktoru Həmidrza Əraki deyib ki, qiymətin ucuzlaşdırılması ilə bağlı Türkiyənin tələbi qəbul edilməzdir:«Qiyməti heç bir şəkildə endirmək niyyətimiz yoxdur. Mövqeyimiz müdafiə edəcəyik».
Ərakinin sözlərinə görə, gələcəkdə Türkiyə İrandan daha çox təbii qaz alacağı qarşılığında qiyməti ucuzlaşdıra bilərlər və bu haqda əvvəlcədən danışıqlar olub.
Xatırladaq ki, Türkiyə İrandan aldığı təbii qazın hər min kub metrinə 490 dollar ödəyir.