«Ermənistanla sərhəd Türkiyədə hakimiyyət dəyişikliyindən sonra mümkündür».
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, bunu Ermənistan təhlükəsizlik şurasının katibi Artur Baqdasaryan jurnalistlərlə söhbətində deyib.
O, əlavə edib ki, nə bu il, «o, ölkədəki hakimiyyətin məsələyə münasibəti yaxşı məlum olduğundan» nə də 2015-ci ildə Türkiyə ilə sərhədin açılmasında irəliləyişin olacağını gözləməyə dəyməz.
«Əgər Türkiyədə hakimiyyətə daha tolerant və daha az milliyyətçi olanlar gələrsə, o zaman prosesdə irəliləyiş əldə etmək olar»-deyə, o, bildirib.