Rusiya Avropa Birliyi (AB) sərhədində «İskander» taktiki raket kompleksini yerləşdirəcək.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda Almaniyada çıxan «Bild» qəzeti xəbər çap edib.
«Radio France İnternational» bildirib ki, bu, peykdən aparılan video çəkilişdən də görünür.
«İskander» iki il ərzində Kalininqrada, Rusiyanın Estoniya, Latviya və Litva ilə sərhədində quraşdırılıb.
«Vild»in yazdığına əsasən, «AvroHHM» (HHM - Hava Hücumundan Müdafiə - red.) sisteminin yerləşdirilməsinə cavabdehdir.
«İskander»-lərin fəaliyyət radiusu Polşanın bütöv ərazisinə, eləcə də nəzəri cəhətdən Berlinədək gedib, çatır.