Pakistanda keçmiş baş naziri Nəvaz Şərif mayın 11-də ölkədə keçirilmiş parlament seçkilərində partiyası Pakistan İslam Liqasının qələbə qazandığını bəyan edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, N.Şərifin bildirib ki, seçicilərin onlara dəstək səviyyəsi çox yüksək olduğundan partiyanın parlamentə keçən başqa siyasi qüvvələrlə ilə koalisiya qurmasına ehtiyac olmayacaq.
İlkin məlumata əsasən, parlamentə başqa müxalifət lideri, «Təhrik –е – İnsaf» Partiyasının rəhbəri, kriket üzrə milli yığmanın kapitanı İmran Xanda seçilib.
Mütəxəssislərin fikrincə, bu seçkilərdən sonra ölkənin tarixində ilk dəfə hakimiyyətin bir hökumətdən o birinə ə dinc yolla verilməsi gerçəkləşdirilə bilər.
Qeyd edək ki, bu siyasi kampaniya dinc şəraitdə keçməyib – ölkə ərazisində törədilmiş bir neçə terror aktı törədilib. Nəticədə 20-dək adam həyatını itirib, onlarla insan yaralanıb.
Müxalifəti təmsil edən N.Şərif isə hakimiyyətdən 1999-cu ildə general Pərviz Müşərrəfin tərəfdarları tərəfindən həyata keçirilmiş dövlət çevrilişi nəticəsində getmişdi. Bundan sonra o, 7 il ölkə sürgün həyatı yaşayıb.