«Oxsfam»: «Ən varlı yüz adam dünyanı yoxsulluqdan qurtarar»
20 yanvar 2013 03:00 (UTC +04:00)

«Oxsfam»: «Ən varlı yüz adam dünyanı yoxsulluqdan qurtarar»

«Oxfam» Yoxsulluğa qarşı Xeyriyyə təşkilatı maraqlı bəyanatla çıxış edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurum hesab edib ki, dünyanın yüz ən varlı adamların gəlirinin  25 faizi ilə dünyanın ən yoxsul təbəqəsini düşdükləri vəziyyətdən qurtarmaq olar.

 

«Oxfam»-ın qənaətincə, ötən il dünyanın yüz ən varlı adamının gəliri 240 milyard dollar olduğu halda, dünyadakı ən kasıb təbəqə isə bir gündə 1,25 dollar qazanıb.

 

Xatırladaq ki, bu beynəlxalq qurumda 15 təşkilat birləşib. Onlar dünyanın 90-dan artıq ölkəsində fəaliyyət göstərir.Qurumun əsas hədəfi dünyada yoxsulluq  və ədalətsizliklə bağlı problemləri həll etməkdir.

 

«Oksfam» 1942-ci ildə Britaniyanın Oksford şəhərində «Oksfordun Aclara yarım komitəsi» («Oxford Committee for Famine Relief») adı altında təsis olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1279
avatar

Oxşar yazılar