«Hakim və prokurorları siyasi məqsəd üçün istismar etməyək»
26 dekabr 2013 22:10 (UTC +04:00)

«Hakim və prokurorları siyasi məqsəd üçün istismar etməyək»

Türkiyə Ədalət və İnkişaf Partiyası baş katibinin müavini Mustafa Şəntop məhkəmə hakimləri və prokurorluğun yaydığı bəyanatla  bağlı açıqlama verib.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib: «Əvvəllər hərbçilər adından bildiriş yayılırdı. İndi isə Hakimlər və Prokurorluq Yüksək Qurumu (HPYQ) bu işi görür. Gəlin, siyasi nəticə əldə etmək üçün prokuror və hakimlərin gücünü istismar etməyək» .

 

 

Xatırladaq ki, bu qurum yaydığı bəyanatda hakim və prokurorlara qarşı təzyiqlərdən bəhs edib.

 

«2013-cü ildə təşkilatımıza gələn xəbər və şikayətlərə əsasən 13 min 500 hakim və 331 prokuror barəsində istintaq işinin başlamasına icazə verilib. 19 hakim bu sahədən uzaqlaşdırılıb. Cəmi  288 hakim və prokurora çeşidli intizam cəzası verilib» - deyə, HPYQ vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866
avatar

Oxşar yazılar