İtaliya polisi «Eni» neft-qaz şirkətinin başçısı Paolo Skaroninin Romadakı evində axtarış aparıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, şirkətin Milandakı mənzil-qərargahında da ehtimal olunan rüşvət işi ilə bağlı eyni əməliyyat tədbiri keçirilib.
Yerli informasiya vasitələrinin yazdığına əsasən, bu cinayət işi «Eni»-nin Əlcəzairdəki «Saipem» mühəndis şirkəti ilə bağlıdır.
Olayla bağlı əlavə məlumat verilməyib.
Şirkət təmsilçiləri isə baş verənləri şərh etməkdən imtina edib.
Bir müddət sonra yerli KİV bildirib ki, «Eni» əlcəzairli siyasilərə 200 milyon avro rüşvət verib.
«Eni SpA» Avropada ən iri neft-qaz şirkətlərdən biridir. 73 min işçisi olan şirkət dünyanın 70 min ölkəsində fəaliyyət göstərir.