«Əl-Qaidə»dən vacib, ciddi Suriya addımı
04 fevral 2014 00:11 (UTC +04:00)

«Əl-Qaidə»dən vacib, ciddi Suriya addımı

«Əl-Qaidə» Suriyada savaşan islamçı sayılan qruplardan biri, «İraq-Dəməşq İslam Dövləti» (İDİD) ilə bağlı açıqlama verib.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, bu  terrorçu təşkilat bildirib ki, «İraq –Dəməşq İslam Dövləti» «əl-Qaidə»-nin qolu deyil.

 

Açıqlamada «əl-Qaidə»- nin fəaliyyətinə görə İDİD-in məsuliyyət daşımayacağı da vurğulanıb.

 

Mənbə bildirib ki, «əl-Qaidə»-nin bu bəyanatının Suriyada savaşan, islamçı sayılan başqa bir qrupa,  «əl-Nusra»-ya fayda verəcəyi ehtimal edilir. 

 

Xəbərə əsasən, İDİD Suriyadakı rejimlə yanaşı, «əl-Nusra»-ya qarşı da savaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103
avatar

Oxşar yazılar