Yanvarın 21-də gecə saatlarında «Domodedovo» Moskva hava limanının polis rəisi Maksim Titov həbs edilib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, səlahiyyət həddini aşmaqda suçlu bilinir.
Rəisin vəkili Vadim Lyalin bildirib ki, bu, köhnə cinayət işidir və keçən il açılıb: «O, erməni diasporunun iki təmsilçisinin hava limanında qanunsuz həbsində iştirakda şübhəli bilinir. Ancaq zərərçəkənlər bu iş üzrə onu tanıdıqlarını təsdiqləməyiblər».
Mənbə polis rəisinin həbsi xəbərinin rəsmilər tərəfindən təsdiqlənmədiyini də bildirib.