İstanbulda korrupsiya və rüşvət əməliyyatı ilə bağlı daha bir qalmaqalın ortaya çıxdığı haqda xəbər yayılıb.
Lent.az-ın Türkiyənin «sözçü.com» saytına istinadən məlumatına görə, istintaqın aparıldığı İstanbul Təhlükəsizlik idarəsinin Maliyyə şöbəsindəki kompüterlərin «hard» disklərinin bir qismi oğurlanıb, bir hissəsi isə silinib. Bununla belə kompüterdəki məlumatların ehtiyatda saxlanıldığı məlum olub. İstintaqla bağlı sənədlərin isə prokuror Zəkəriyyə Özün təlimatı ilə etibarlı yerdə saxlanılıb.