Türkiyənin ana müxalifətini təmsil edən Cümhuriyyət Xalq Partiyası “Ergenekon” və “Balyoz” adlı cinayət işlərinin yenidən məhkəmə araşdırmasına verilməsi barədə qanun layihəsi hazırlayıb.
Lent.az-ın türk mediasına istinadən xəbərinə görə, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisin sədarətinə təqdim edilib.
Layihəyə görə, Türkiyədə fəaliyyəti ləğv edilən xüsusi səlahiyyətli məhkəmələrin nəzarətində olan və barələrində hökm çıxarılan cinayət işlərinə yenidən baxılması üçün həmin işlər birinci instansiya məhkəmələrinə göndəriləcək.
Qeyd edək ki, Türkiyə baş naziri Ərdoğan da adı çəkilən cinayət işləri ilə bağlı yenidən məhkəmə istintaqının aparıla biləcəyini bəyan etmişdi.
Qanun layihəsinin parlamentdə qəbul edilməsi gözlənilir.