“Böyük rüşvət” işi: Ərdoğanın telefon danışıqları da dinlənilib
18 dekabr 2013 13:03 (UTC +04:00)

“Böyük rüşvət” işi: Ərdoğanın telefon danışıqları da dinlənilib

Dünən başladılan və şərti adı “Böyük rüşvət” qoyulan korrupsiya əməliyyatında Türkiyə polisinin onlarla hökumət üzvünün telefon danışıqlarını dinlədiyi üzə çıxıb.

 

Lent.az-ın Türkiyənin “Sözcü” qəzetinə istinadən məlumatına görə, telefon danışıqları dinlənilən şəxslər arasında baş nazir Rəcəb Tayyib Ərdoğanın olduğu da iddia edilir.

 

Belə ki, Türkiyə hökumətinə daxil olan bir neçə nazirin telefon danışıqlarının dinlənilməsi barədə qərar verən polis həmin nazirlərin baş nazir Ərdoğanla telefon danışıqlarını da dinləyib.

 

Qeyd edilir ki, bir ildən artıqdır aparılan dinlənmə və araşdırma prosesindən Türkiyədə çox az rəsmi şəxsin xəbəri olub. Hətta bildirilir ki, İstanbul valisi, ölkənin baş prokuroru və baş polis idarəsinin rəisi belə bu əməliyyatlardan xəbərsiz olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6583
avatar

Oxşar yazılar