“Ethiopian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsini qaçırmağa cəhd edən şəxsin kimliyi müəyyən edilib.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, təyyarəni ikinci pilot ələ keçirməyə cəhd edib. O, əsas pilotun kabinədən çıxarkən planını həyata keçirməyə çalışıb. Lakin bu, ona nəsib olmayıb.
Saxlanılan şəxs vətəni Efiopiyada təqib edildiyini açıqlayıb. Onun İsveçrədən sığınacaq istədiyi də məlum olub.