Rusiyanın müdafiə naziri Sergey Şoyqu «İskander» raket kompleksinin yerləşdirilməsi ilə bağlı sərt açıqlama verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib: «Ölkəmizin rəhbərliyi harada lazım bilirsə, raketləri də orada yerləşdirəcəyik. Bu yaxınlarda «İskander»i biz lazımi yerə yerləşdirməməyimiz haqda hay-küy qaldırılıb. Biz Rusiya ərazisində raketləri harada istəsək orada yerləşdirəcəyik».
Xatırladaq ki, Rusiyanın bu qurğunun Kalininqrad vilayətində yerləşdirdiyi haqda xəbərlər yayılmışdı. Polşa, Litva və Estoniya bu məsələdən rahatsızlığını bildirib.
ABŞ isə bəyan edib ki, Moskvanın bu addamı bölgədə sabitliyi poza bilər.