İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin hərbi müşaviri, briqada generalı Yəhya Rəhim Səfəvi ərəb dövlətlərindəki rejimlərlə bağlı açıqlama verib.
Lent.az-ın İRAN KİV-ə istinadən məlumatına görə, o, deyib ki, İraq və Suriyadakı «ekstremist qruplara ərəb dövlətlərindəki hakimiyyətlər himayədarlıq edir».
İranlı generalın sözlərinə əsasən, bu, bölgədə ümumi sabitliyin pozulmasına və İsrailin güclənməsinə yönələ siyasətdir.
Səfəvi həmin ərəb dövlətlərindəki rejimləri son zamanlar bölgədə baş verənlərdən və İran şahının devrilməsindən nəticə çıxarmağa çağırıb.
Onun sözlərinə əsasən, 2030-cu ildə körfəzdəki bütün ərəb monarxiyaları «yox olacaq».