9 yaşlı qız ana olub
07 fevral 2013 03:50 (UTC +04:00)

9 yaşlı qız ana olub

Meksikada 9 yaşlı qız sağlam körpə dünyaya gətirib.Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu haqda Xalisko ştatı Sapopan şəhərinin xəstəxanasından bildiriblər.

 

Yeni doğulan körpənin çəkisi 2, 7 kq, boyu isə 50 sm olub. Ana və qızı özünü çox yaxşı hiss edir. Doğuş yanvarın sonunda baş verib

 

Hadisənin araşdırılmasına artıq hüquq-mühafizə orqanları qarışıb. Xalisko prokurorluğunun qənaətincə, söhbət həddi-büluğa çatmayanların cinsi zorakılığa məruz qalmasından gedir. İlkin məlumata əsasən, polis yeni doğulan körpənin atasının 17 yaşlı yeniyetmənin olacağını ehtimal edir.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3470
avatar

Oxşar yazılar