Aparıcı 9 min nəfərin 15 milyon dollarlıq borcunu sildi
07 iyun 2016 13:44 (UTC +04:00)

Aparıcı 9 min nəfərin 15 milyon dollarlıq borcunu sildi

0

ABŞ-da “Talk Show” proqramına aparıcılıq edən ingilis komediyaçı Con Oliver dünən axşam televiziya tarixində yaşanmamış bir olaya imza atıb.

 

 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, C.Oliver ABŞ-da borc satınalma şirkətlərinin getdikcə çoxalması və bunun kirli bir sektor halına gəlməsi məsələsinə diqqət çəkmək üçün olduqca təsirli bir yol seçib.

 

Bu cür şirkətlərin necə asan qurulduğunu və bu sektorun nə qədər təhlükəli hala gəldiyini anlatmaq üçün C. Oliver bir borc satın alma şirkəti qurduğunu açıqlayıb.

 

O, bu şirkəti ilə 9 min amerikalının 15 milyon dollarlıq sağlıq borcunu 60 min dollar qarşılığında satın alıb.

 

Canlı yayımda bunu etiraf edən komediyaçı ardından da həmin 9 min ABŞ vətəndaşının bütün borclarını bağışladığını açıqlayıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar