Hindistanın paytaxtı Dehli yaxınlığında 6 mərtəbəli yaşayış binası uçub.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 2 nəfər ölüb, 50 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
Məlumata görə, binada 18 ailə yaşayıb.
Binanın uçmasının səbəbləri hələ ki, məlum deyil.