Sankt-Peterburqda 34 yaşlı kişi 3 litr spirt içəndən sonra vəziyyəti pisləşib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, reanimasiyaya çatdırılan kişinin sağ qalması üçün həkimlər ciddi səy göstərirlər.
Bu məsələdə həkimləri ən çox təəccübləndirən isə kişinin 3 litr spirt içəndən sonra sağ qalmasıdır. Analizlər nəticəsində kişinin qanında 5.9 promil alkoqol aşkarlanıb. Xəbərdə qeyd olunur ki, kişini xəstəxanaya təcili yardım maşınında gətiriblər və sonuncunun nitqi anlaşıqsız olduğu üçün onun başına nə iş gəldiyini həkimlər uzun müddət müəyyənləşdirə bilməyiblər. Ona alkoqol zəhərlənməsi diaqnozu qoyulub.
Kişi çətinliklə həkimlərə izah edib ki, səhər 3 litr spirt alıb və əhvalı pis olduğu üçün onun hamısını 20 dəqiqə ərzində içib. 34 yaşlı xəstənin sağ qalıb-qalmayacağı sual altındadır.