32 illik həbsdən sonra edam
06 fevral 2013 01:57 (UTC +04:00)

32 illik həbsdən sonra edam

 Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi ölkənin Xail şəhərindən olan Abdulla Qazi əş-Şamari barəsində ölüm hökmünü icra edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, adam öldürdüyü üçün 21 il müddətinə azadlıqdan məhrum edilsə də, 32 il həbsdə qalaraq, ölüm hökmünün icrasını gözləyib.

 

Ölkənin tanınmış adamları, eləcə də kral ailəsi üzvlərinin məsələyə müdaxiləsi üzündən hökmün icrası 18 dəfə təxirə salınıb.

 

Ömrünün 30 ilindən çoxunu həbsxanada yatandan sonra edam olunmaq təhlükəsi ilə üz-üzə qalan əş-Şamari taleyinə həmvətənləri biganə qalmayıb. Sosial şəbəkədə minlər insan qətl olunmuşu ailə üzvlərindən onun bağışlanmasını istəyib. Bütün bu sayaq səylər nəticəsiz qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339
avatar

Oxşar yazılar