20 dollar dəyərində əskinasların üzərində ABŞ-ın yeddinci prezidenti Endrü Ceksonun portreti abolisionist qadın, quldarlığa qarşı mübariz Qarriet Tabmenin portreti ilə əvəz olunacaq. Virtualaz.org xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Ceykob Lyu elan edib.
Yeni əskinasların 2020-ci ildən dövriyyəyə buraxılması nəzərdə tutulur. Məhz həmin il ABŞ Konstitusiyasında qadınılara səs hüququ verən 19-cu düzəlişin 100 illiyi qeyd ediləcək.