Suriyanın Hələb şəhərində «Röyter» agentliyinin ştatdankənar əməkdaşı hərbi əməliyyatlar zamanı öldürülüb. Lent.az-ın agentliyinə istinadən məlumatına görə, o, «Röyetr» üçün fotolar çəkərkən, həlak olub.
«Sərhədsiz reportyorlar»-ın hesabatına əsasən, cari il başlayandan 10 peşəkar, 35 qeyri-peşəkar jurnalist öldürülüb. Beynəlxalq Əfv Təşkilatının məlumatına əsasən, Suriyada münaqişə başlayandan bəri 36 jurnalist bilərəkdən qətlə yetirilib.
2013-cü ildə dünyada 71 KİV nümayəndəsi, 36 blogger və ictimai xadim, 3 media işçisi öldürülüb.