Belçikanın əcnəbilərlə iş üzrə xidməti bildirib ki, 2013-cü ildə Fransanın 177 vətəndaşı krallıqda oturum iznini, orada yaşamaq haqqı ləğv edilib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Fransanın daxili işlər naziri Manüel Vals baş verən olayı jurnalistlərə belə açıqlayıb: «Bu məsələ ilə məşğul olan belçikalı həmkaırmla məsələni müzakirə edirəm. Mən ondan baş verənləri izah etməsini istədim. Ondan cavab gözləyirəm».
Məlumatda Fransa vətəndaşlarının Belçikadan qovulması əks olunmayıb. Çünki Avropa Birliyinə üzv dövlətlərin vətəndaşlarının qurum sərhədləri daxilində sərbəst hərəkət edə bilər.
Bununla belə Avropanın 2004-cü ildə qəbul etdiyi bəyannaməyə əsasən, əgər belə adamlar yerli sistemin sosial sisteminə problem yaradarsa, onun oturum izni ləğv edilir.
Beliçikanın əcnəbilərlə iş üzər xidməti Avropa Birliyinin 2712 vətəndaşının oturum iznini ləğv edib. Onların 816-sı Rumıniya, 393-ü Bolqarıstan vətəndaşıdır.
Bu siyahıda fransızlar 6-cı yerdədir.