12 yaşlı qız və onun xalası İraqın Tel-Afar şəhərində İŞİD-in əsirliyindən qaçıb. Lent.az-ın BasNews-a istinadən verdiyi məlumata görə, onların hər ikisi 4 ay imiş ki, İŞİD əsirliyindəymişlər.
Məlumata görə, onlar yuxusuzluqdan əziyyət çəkdiklərin deyərək terrorçulardan yuxu dərmanı istəyiblər. Amma sonradan həmin dərmanı mühafizəçilərin çayına töküblər. Mühafizəçilər yuxuladıqdan sonra isə qaça biliblər.