Venesuelada güclü zəlzələ - 235 ölü, 4300 yaralı  -YENİLƏNİB
26 iyun 2026 09:51 (UTC +04:00)

Venesuelada güclü zəlzələ - 235 ölü, 4300 yaralı -YENİLƏNİB

1

Venesuelada güclü zəlzələlər nəticəsində ölənlərin sayı artıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 235 nəfərə çatıb, 4,3 mindən çox insan yaralanıb. Minlərlə insanın taleyi ilə bağlı narahatlıq davam edir və axtarış-xilasetmə əməliyyatları fasiləsiz aparılır. 

Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib və zəlzələdən ən çox zərər çəkən bölgələrdə genişmiqyaslı xilasetmə və bərpa işlərinə başlanılıb. 

Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında 40 saniyə fərqlə maqnitudası 7,2 və 7,5 olan iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri Yaracuy ştatında yerləşib və onların episentrləri bir-birindən təxminən 10 kilometr məsafədə olub.

***
25 iyun, saat: 14:37

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, son rəsmi rəqəmlərə görə, ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971-ə çatıb. 

***

09:28

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində 32 nəfər ölüb, 700-dən çox insan xəsarət alıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, ardıcıl olaraq 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Moron şəhərindən 16 kilometr, San Felipe şəhərindən isə 24 kilometr məsafədə yerləşib. 

Hazırda dağıntılar altında qalan insanların axtarışı davam edir, xilasedicilər və təcili yardım briqadaları ən çox zərər görən bölgələrdə fəaliyyət göstərirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1423

Oxşar yazılar