Venesueladakı zavodda partlayış görüntüsü
21 mart 2021 13:39 (UTC +04:00)

Venesueladakı zavodda partlayış görüntüsü

Venesuelada dəhşətli partlayış: terror İDDİASI - VİDEO

Venesuelanın El-Texero şəhərində Petroleos de Venezuela SA (PDVSA)  dövlət neft-qaz şirkətinə məxsus qaz zavodunda güclü partlayış olub. 

Lent.az xaricimediaya istinadla bildirir ki, ölkənin sənaye və milli istehsal naziri tarek El-Ayssaminin sözlərinə görə, baş verən terrordur. 

“Milli və beynəlxalq ictimaiyyəti əsas neft şirkətimiz PDVSA-ya qarşı yeni bir terror aktı barədə məlumatlandırmaq istəyirik”, - nazir “Twitter” səhifəsində yazıb. 

Hadisə nəticəsində regional qaz infrastrukturu pozulub. Şahidlərin sözlərinə görə, iki partlayış səsi eşidiblər. Ölkənin təhlükəsizlik xidməti insanları yaxın rayonlardan evaukasiya ediblər. 

Ölənlər və yaralanlar barədə hələ ki məlumat verilmir. Ölkənin prezidenti Nikolas Maduroya hadisə haqda məlumat verilib.


 

Venesuelada dəhşətli partlayış

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar