Bu müharibədə ölkəmizin müstəqilliyini müdafiə edən ukraynalıların valideynləri qisas hissi ilə yaşayır, itkiyə görə heç bir kompensasiya almaqda maraqlı deyillər.
Lent.az-ın xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə birgə mətbuat konfransında bildirib.
“Mənə elə gəlir ki, hamımız üçün dünya müxtəlif yollarla ədalətlidir. Bir prezident kimi mənim üçün ədalətli sülh torpağımız, ərazi bütövlüyümüz, suverenliyimizlə bağlı heç bir güzəştə getməmək, Rusiyanın təcavüzü nəticəsində dəyən bütün itkilərin ödənilməsi deməkdir”, - deyə Zelenski bildirib.
Eyni zamanda o qeyd edib ki, bir ata olaraq tamam başqa məna görür.
“Valideynlərimiz oğullarını, tibb bacısı olan qızlarını cəbhədə itirib. Onlar üçün ədalətli dünya nədir? Onlar üçün bütün bu pullar heç bir şey deyil, onları heç bir təzminat maraqlandırmır. Onlar yalnız qisas almaq üçün yaşayırlar. Onlar qisas üçün yaşayırlar”, - Zelenski bildirib.