Ukraynadakı münaqişə Rusiya ilə NATO arasında  müharibəyə çevrilə bilər   – PROQNOZ
10 dekabr 2022 19:13 (UTC +04:00)

Ukraynadakı münaqişə Rusiya ilə NATO arasında müharibəyə çevrilə bilər – PROQNOZ

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukrayna münaqişəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə səbəb ola bilər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu fikri Norveçin NRK telekanalında “Lindmo” tok-şousunda bildirib.

“Qorxuram ki, Ukraynadakı müharibə nəzarətdən çıxıb NATO ilə Rusiya arasında böyük müharibəyə çevriləcək. Amma əminəm ki, biz bundan qaçacağıq”, - baş katib bildirib.

Aparıcının məsuliyyət barədə sualına Stoltenberq belə cavab verib: “Hiss edirəm ki, hər şey çox ciddidir. Bu, Avropa və Norveç üçün taleyüklü vaxtdır. Bir şey səhv olarsa, hər şey dəhşətli ola bilər”.

O, Kiyevə yardıma toxunaraq, sülhü yalnız güclü Ukraynanın təmin edə biləcəyini iddia edib. NATO-nun baş katibi fikrini belə ifadə edib: “Nə vaxtsa danışmaq faydasız olur. Yalnız güclü Ukrayna sülhə aparır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar